Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot ABŞ-ın Rusiyaya ATACMS raket hücumlarına icazə verməsindən sonra Qərbi NATO-dan qurtulmağa çağırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, siyasətçi bunu X sosial şəbəkəsində yazıb.
“Bizə hakimiyyəti öz əllərinə alacaq və NATO-dan əbədi olaraq xilas olacaq ağıllı insanlar lazımdır”,- deyə o, qeyd edib.
Filipponun sözlərinə görə, ABŞ verdiyi qərarla üçüncü dünya müharibəsini başlatmağa çalışır.