AZ

Gələn il ehtiyac meyarı və yaşayış minimumu artırılacaq

Gələn il ehtiyac meyarı və yaşayış minimumunun həddi 285 manat götürüləcək.

 

Sfera.az xəbər verir ki, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

 

Qeyd edilib ki, 2025-ci il 1 yanvar tarixindən ehtiyac meyarının həddi 270,0 manatdan 285,0 manata yüksəldiləcək.

 

Yaşayış minimumunun da artıq ehtiyac meyarına bərabər götürüldüyü nəzərə alınsa, yaşayış minimumu və ehtiyac meyarı 2024-cü illə müqayisədə 5,5 faizdən çox artırılır.

 

Seçilən
22
14
sfera.az

10Mənbələr