Azərbaycanda 2025-ci il üçün ehtiyac meyarı və yaşayış minimumu 285 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün isə 246 manat müəyyən edilir.
Tribunainfo.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində öz əksini tapıb.
Qeyd edək ki, 2023-cü ildə yaşayış minimumu 246 manat, bu il 270 manat idi.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.