AZ

Referendum Ermənistan ictimaiyyətinin sülh gündəminə necə dəstək verməsini göstərəcək

Ermənistan Baş naziri Nikol Paşinyan 1989-cu ildə qəbul edilən "Müstəqillik Bəyannaməsini" ölkəsinin inkişafına başlıca əngəl olduğunu parlamentdə çıxışında qeyd etdi. Əlbəttə ki,1989-cu ilin siyasi prosesləri ilə, indiki siyasi nizam tam fərqlidir. Ermənistanın "Müstəqillik Bəyannaməsi" Azərbaycana qarşı ərazi iddialarına əsaslanir. Həmçinin, Türkiyə qarşı əsassız bəndlər yer alıb.

Ermənistan rəhbərliyinin qüvvədə olan qanunvericilik bazasından və "Müstəqillik Bəyannaməsindən" bu bəndləri çıxarması mümkündür gözlənilir. Məhz N. Paşinyanın parlamentdə "Müstəqillik Bəyannaməsini"pisləməsi sıradan bir hadisə deyil. Bu, Azərbaycan və Ermənistan arasında sülhün əngəlləyən başlıca sənəddir. Təbii ki, Nikol Paşinyan Müstəqillik Bəyannaməsindən Azərbaycana qarşı ərazi iddialarını çıxaracaq. Bu, Azərbaycan prezidenti İlham Əliyevin tələbidir. Çünki, "Yekun sülh" müqaviləsini təhdid edəcək heç bir hüquqi baza olmamalıdır.

Azərbaycan Ermənistan hökumətinə Azərbaycanla sülh müqaviləsi üçün referendum keçirilməsini tələb etməlidir. Çünki, Ermənistan əhalisi sülhə zəmanət verməlidir. Referendum Ermənistan ictimaiyyətinin sülh gündəminə necə dəstək verməsini göstərəcək. Ermənistanda hökumət dəyişikliyi olarsa, revanşistlər N. Paşinyanın mövcud sülh müqaviləsini tanımaya bilər.

Məhəmməd Əsədullazadə

visiontv.az



Seçilən
11
visiontv.az

1Mənbələr