AZ

Dahilərin beyni adi insan beynindən nə ilə fərqlənir?

Mütəxəssislər yüksək istedadlı insanların beyni üzərində aparılan, illərlə davam edən tədqiqatların nəticələrini açıqlayıblar.

Alimlərin, dahilərin beyni ilə adi insanların beyni arasında əhəmiyyətli anatomik fərqlər aşkar edilməyib.

Bununla belə, bəzi xüsusiyyətlər müəyyən edilib. Belə ki, yüksək istedadlı insanlarda böyük yarımkürələrin kortikal sütunlarının hüceyrə quruluşunun daha inkişaf etmiş olduğu, güclü assosiativ əlaqələrin mövcudluğu və hər bir neyron üçün daha çox gliya hüceyrəsinin olması müşahidə olunub. Uzunömürlü dahilər arasında həmyaşıdları ilə müqayisədə beynin qocalma əlamətlərinin daha az olduğu qeyd edilib.

Mütəxəssislər vurğulayıb ki, əsas rolu beynin quruluşu deyil, neyronların qarşılıqlı təsiri sayəsində tapşırıqları tez və səmərəli həll etmə qabiliyyəti oynayır. Məhz bu dinamika və plastiklik beynin işinin əsas sirri hesab edilir.\\BAKU.WS

Seçilən
9
musavat.com

1Mənbələr