AZ

On ayda narkotiklə bağlı 8108 cinayət faktı aşkarlanıb

Bakı. Trend:

2024-cü ilin yanvar-oktyabr ayları ərzində hüquq mühafizəorqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuzdövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleksəməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 8108 cinayətfaktı aşkarlanıb.

Trend xəbər verir ki, bubarədə narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrinvə onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəninnəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçiQrupunun məlumatında deyilir.

Onlardan 2577-si narkotik vasitələrin qanunsuz satışı, 5299-unarkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 226-sınarkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 6-sı isədigər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdəmüsadirə olunmuş 6 ton 061 kq 819,096 qr narkotik vasitələrin vəpsixotrop maddələrin 512 kq 164,959 qr-nı heroin, 5 ton 008 kq382,751 qr-nı marixuana, 154 kq 257,47 qr-nı tiryək, 38 kq 852,443qr-nı həşiş, 191 kq 744,959 qr-nı psixotrop maddələr, 156 kq416,514 qr-nı digər narkotik vasitələr təşkil edib.

Həmçinin göstərilən dövr ərzində 37317 ədəd metadon, 15272 ədədçətənə kolu, 44 qr və 240 ədəd həb güclü təsir edən maddə, 10 qrprekursor qanunsuz dövriyyədən götürülüb.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayətməsuliyyətinə 6247 nəfər cəlb edilmiş, onlardan 16-18 yaşadək-1nəfər,18-25 yaşadək 463 nəfər, 20-25 yaşadək 2 nəfər, 26-29 yaşadək946 nəfər, 30 yaş və ondan yuxarı isə 4835 nəfər təşkil edir. Həminşəxslərdən 6066-ı kişi, 181-i qadın olub.

Məsuliyyətə cəlb edilmiş 56 xarici ölkə vətəndaşından ümumilikdə201 kq 615,722 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddəgötürülüb.

Seçilən
3
4
az.trend.az

5Mənbələr