AZ

Kim Koreya Xalq Ordusunu müharibəyə hazır olmağa çağırıb

Şimali koreya lideri Kim Çen İn Koreya Xalq Ordusunun (KPA) paytaxt Pxenyanda keçirilən konfransında çıxış edib.

7News.Az xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreya ilə hərbi gərginliyin tarixdə ən pis səviyyədə olduğunu qeyd edən Kim Koreya yarımadasını dünyanın ən qaynar nöqtəsi olaraq xarakterizə edib.
O, ölkənin hərbi potensialının gücləndirilməli olduğunu qeyd edərək əsgərləri regionda başlaya biləcək real müharibəyə hazır olmağa çağırıb.

Xatırladaq ki, bir müddətdir ki, iki ölkə arasında zibil şarı və PUA gərginliyi yaranıb.

Belə ki, Şimali Koreya oktyabrın 19-da Cənubi Koreyadan göndərilən PUA-nın qalıqlarını tapdıqlarını iddia edib.

Şimali Koreya da may aından etibarən Cənubi Koreyaya içi zibillə dolu 7000-dən çox şar göndərib.
 
 

Seçilən
1
4
7news.az

5Mənbələr