Bakıda intihar hadisəsi baş verib.
Avtolsfer.az lent.az-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.
Bakı şəhər sakini, 16 yaşlı Amal Pərviz oğlu Vəliyev yaşadığı 18 mərtəbəli binanın 13-cü mərtəbəsindən özünü atıb.
Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.