AZ

Gələcək 5 ildə Aİ icraya və investisiyalara fokuslanacaq - Vopke Hukstra

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) gələcək beş ildə emissiyaları 2030-cu iləqədər ən azı 55 faiz azaltmaq və 2050-ci ilə qədər iqlimneytrallığına nail olmaq hədəflərinə çatmaq üçün həyata keçirmə vəinvestisiyalara fokuslanacaq.

Trend xəbər verir ki, bubarədə Aİ-nin iqlim fəaliyyəti üzrə komissarı Vopke Hukstra "Sənayevə energetikanın qlobal dekarbonizasiyasının sürətləndirilməsi –iqtisadiyyatın modernləşdirilməsi və inkişaf proqramı" mövzusundapanel müzakirə zamanı bildirib.

"Son beş ildə əsas hədəfimiz Avropa Yaşıl Kursunu hazırlamaq vəhəyata keçirmək olub. Biz 2030-cu ilə qədər emissiyaların ən azı 55faiz azaldılması və 2050-ci ilə qədər iqlim neytrallığına nailolmaq üçün hüquqi baxımdan məcburi hədəflər müəyyən etdik.

Gələcək beş ildə Aİ bu vəzifələri yerinə yetirmək üçün həyatakeçirmə və investisiyalara fokuslanacaq. Biz yeni siyasi dövrünastanasındayıq və ilk yüz gün ərzində bugünkü müzakirə mövzumuzolan – iqlim tədbirlərini iqtisadi siyasətlə necə birləşdirəbiləcəyimizi müzakirə edəcəyik. Bunu "təmiz sənaye üçün yenimüqavilə" adlandırdığımız təşəbbüsü təqdim etməklə həyatakeçirəcəyik.

Əminəm ki, bu müqavilə Avropada investisiyaları və sənayeinkişafını təşviq edəcək. Məsələn, təmiz texnologiyalar üçün icazəproseslərinin sadələşdirilməsi və sürətləndirilməsi, özəl və dövlətkapitalının cəlb edilməsi, işçilərin ixtisaslarının artırılması,təmiz texnologiyaların dəstəklənməsi ilə. Xüsusilə vacib olan odurki, təmiz enerji daha əlçatan və sərfəli olmalıdır, çünki bu məsələsonda hər şeyin mərkəzində dayanır", - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
27
1
az.trend.az

2Mənbələr