AZ

Səudiyyə Ərəbistanı Kralı 66 ölkədən 1000 ümrə zəvvarını qəbul edəcək

Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanı Kralı, İki Müqəddəs Məscidin Xadimi Kral Salman dünyanın 66 ölkəsindən 1000 ümrə zəvvarını qəbul etməyə icazə verib.

Hafta.az-ın yazdığına görə, zəvvarlar İslam İşləri, Dəvət və İrşad Nazirliyinin həyata keçirdiyi və nəzarəti altında icra olunan Həcc, Ümrə və ziyarət üçün İki Məscidül-Müqəddəs Qonaq Proqramının bir hissəsi olaraq il ərzində dörd qrupda qəbul olunacaqlar.

İslam Məsələləri, Dəvət və İrşad naziri və proqramın baş nəzarətçisi Şeyx Əbdüllətif əl-Şeyx Kral Salmana və Vəliəhd şahzadə, Baş nazir Məhəmməd bin Salmana dünyanın müxtəlif ölkələrindən müsəlmanların ayinləri yerinə yetirmələri üçün göstərdikləri diqqət və səxavətli qayğıya görə təşəkkür edib.

“Bu proqram müdrik rəhbərliyin İslama və müsəlmanlara xidmət edən hər şeyə göstərdiyi böyük qayğının davamı kimi, eləcə də dünyanın müxtəlif yerlərində müsəlmanlar arasında qardaşlıq bağlarını gücləndirmək və İslam elitaları ilə səmərəli ünsiyyəti inkişaf etdirmək məqsədi daşıyır. Hər il bu alimlər, şeyxlər və dünyanın nüfuzlu şəxsiyyətləri proqram çərçivəsində müqəddəs torpaqlarda qonaq edilir", - nazir deyib.

Nazir qeyd edib ki, proqram dünyanın müxtəlif qitələrini əhatə edib və istifadəyə verildiyi gündən bu ilədək ondan faydalanan ölkələrin sayı 140-I keçib. “Bu qonaqlara ölkələrini tərk etdikləri andan ayinləri yerinə yetirərək sağ-salamat geri qayıdana qədər inteqrasiya olunmuş sistemə uyğun əla xidmətlər göstərilib” deyən nazırin sözlərinə görə, nazirlik bütün gücünü kralın göstərişini yerinə yetirmək üçün sərf edib ki, qonaqlar ümrə ayinlərini rahat yerinə yetirsinlər, Məkkə və Mədinənin bir sıra tarixi yerlərini ziyarət etsinlər, iki müqəddəs məscidin alimləri və imamları ilə görüşə bilsinlər.

Seçilən
9
hafta.az

1Mənbələr