Futbol tarixinin ən yaxşı milli komandaları açıqlanıb.
Sfera.az xəbər verir ki, siyahını "GiveMeSport" portalı tərtib edib.
2008-2012-ci illər aralığında iki dəfə Avropa və bir dəfə dünya çempionu olan İspaniya yığması ilk pillədə qərarlaşıb.
1994-2002-ci illərdə iki dünya çempionluğuna və eyni sayda Amerika Kubokuna sahib çıxan Braziliya seçməsi ikinci olub.
1950-1956-cı illər ərzində Ferents Puşkaşın da heyətində yer aldığı Macarıstan komandası (1954-cü il, dünya ikincisi) "üçlüy"ü qapayıb.