AZ

Argentina xaricdən alınan mallara görə vergiləri azaldacaq

Müəllif: Ayşən İmanova, Banco.az

Argentina hökuməti xaricdən alınan mallara görə vergiləri azaldacaq və limitləri genişləndirəcək.

Banco.az xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Lui Kaputo bildirib.

“Dekabr ayından etibarən biz qeyri-qanuni idxal limitini (kuryer xidməti ilə çatdırılma) hər sifariş üçün min dollardan 3 min dollara qədər artıracağıq və şəxsi məqsədlərə görə idxal üçün rüsumsuz məbləği 400 dollara qədər genişləndirəcəyik (bu halda yalnız ƏDV ödəniləcək)”, -deyə o “X” sosial şəbəkəsində yazıb.

Nazir bildirib ki, hökumət bütün argentinalıların daha rəqabətli qiymətlərə çıxış əldə etməsini istəyir.

Mətbuat konfransında prezident administrasiyasının rəsmi nümayəndəsi Manuel Adorni İqtisadiyyat Nazirliyinin qərarını açıqlayaraq misal çəkib ki, indi Argentina sakini xarici onlayn mağazadan 100 dollar dəyərində pencək alarkən əlavə olaraq 67 dollar vergi ödəməlidir. Sərəncam qüvvəyə mindikdən sonra bu misaldakı vergi 21 dollara düşəcək.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
24
banco.az

1Mənbələr