AZ

Türk dövlətləri arasında əlaqələr ictimai-siyasi həyatın bütün sahələrində intensiv dinamika ilə inkişaf edir - Aygün Əliyeva

Bakı.Trend:

Bu gün Türk dövlətləri arasında əlaqələr ictimai-siyasi həyatınbütün sahələrində intensiv dinamika ilə inkişaf edir.

Trendxəbər verir ki, bunu bu gün COP29 çərçivəsində Türk dövlətlərininQHT-lərinin forumunda çıxışı zamanı Qeyri-Hökumət TəşkilatlarınaDövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevadeyib.

O bildirib ki, ölkələri tarixdən gələn bir sıra bağlılıqlar vəvətəndaş cəmiyyətlərinin bir-birinə istəyi daha da birləşdirir.

“COP29-un “insan kapitalı”na həsr edilmiş tematik günündə türkdövlətlərini təmsil edən QHT-lərin Forumunun keçirilməsi çoxönəmlidir. Çünki Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin qeyd etdiyi kimi “XXI əsr türk dünyasının inkişaf əsriolmalıdır”. Bu baxımdan, yalnız insan kapitalının gücləndirilməsivasitəsilə Türk coğrafiyasının uzunmüddətli inkişafına nail olmaqvə regionun üzləşdiyi ekoloji təhdidlərlə birgə mübarizə aparmaqolar”,- deyə o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
24
az.trend.az

1Mənbələr