AZ

Aşırı doza narkotikdən ölənlərin sayı azalıb, yoxsa artıb? - RƏSMİ

Bu ilin yanvar-oktyabr aylarında 6 ton 061 kiloqram 819,096 qramdan çox narkotik dövriyyədən çıxarılıb.

Bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-oktyabr aylarının yekununa dair məlumatda qeyd olunub.

Bildirilib ki, hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 331, QİÇS-lə Mübarizə Mərkəzində 386, Sumqayıt Narkoloji Mərkəzində 149 nəfər) 866 xəstə müalicə alır.

Narkotik vasitələrdən aşırı doza nəticəsində yanvar-sentyabr aylarında 4-ü qadın və 68-i kişi olmaqla ümumilikdə 72 nəfər vəfat edib ki, onlardan 17-20 yaşadək 1 nəfər, 25-29 yaşadək 10 nəfər, 30-40 yaşadək 28 nəfər, 41-50 yaşadək 19 nəfər, 50-52 yaşadək 7 nəfər, 55-65 yaşadək 7 nəfər təşkil edir.

Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə cari ilin müvafiq dövri ərzində narkotik vasitələrdən aşırı doza nəticəsində vəfat edənlərin sayı 90 nəfər azalıb.

"Cebheinfo.az"

 

Seçilən
16
8
cebheinfo.az

10Mənbələr