AZ

Şahin Bağırov: "Azərbaycan davamlı ekosistemi dəstəkləmək üçün gömrük güzəştləri tətbiq edir"

Yaşıl Gömrük Təşəbbüsü çərçivəsində Azərbaycan davamlı ekosistemi dəstəkləmək üçün bir sıra gömrük güzəştləri tətbiq edir.

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Yaşıl Gömrüklər: Davamlı ticarətin asanlaşdırılması, innovasiya və standartlarla inkişafı" adlı tədbirdə deyib.

O bildirib ki, yaşıl gömrüklər beynəlxalq ticarətin səmərəli və təhlükəsiz fəaliyyətini təşkil etmək məqsədilə yaradılıb: "Bunun nəticəsində gömrük idarələri həm ətraf mühitin qorunmasında rol oynaya, həm də qanuni ticarəti dəstəkləyə bilər. Yaşıl gömrüklər ətraf mühitin qorunmasını və bu istiqamətdə fəaliyyəti təşviq edən tədbirləri həyata keçirir. Bu konsepsiya ekoloji davamlılığın və beynəlxalq ticarətin inkişafında böyük əhəmiyyət daşıyır. Ekoloji cəhətdən təmiz qaydalar və təcrübələr tətbiq etməklə gömrük orqanları qanuni ticarəti asanlaşdırmaq və planetimizi qorumaq arasında daha yaxşı tarazlıq yarada bilərlər".

Seçilən
26
5
aznews.az

6Mənbələr