AZ

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi COP29-un pavilyonunda konsert proqramı və sərgi təqdim edib

Noyabrın 18-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “İnklüzivlik Günü” ilə bağlı ilk tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən təqdim olunub.

Mərkəz Yaşıl Zonadakı “Art Pavillion”da konsert proqramı və sərgi nümayiş etdirib.  Mərkəzin və "DOST Evi" filialının yaradıcılıq studiyalarında benefisiarlar və təlimçilər tərəfindən təsviri incəsənət, keramika, floristika, bədii oyma, bədii tikmə və digər istiqamətlər üzrə hazırlanan ümumilikdə 50-dən çox əl işi sərgilənib.

Ekspozisiyada həssas əhali qruplarından olan şəxslərin ətraf mühitin mühafizəsinə və təbiəti qorumağın vacibliyi məsələlərinə həsr etdiyi sənət nümunələri də yer alıb. Mərkəzin istedadlı üzvlərinin ifasında musiqi və rəqs nömrələri tamaşaçıların marağına səbəb olub. Konsert proqramında dünya musiqisi, eləcə də Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib. 

Tədbir iştirakçılarına Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi haqqında məlumat və braşurlar təqdim edilib. İnklüzivliyin təşviqi və təbiətə töhfə verməyin zəruriliyinə diqqət çəkən rəmzi hədiyyələr də paylanılıb.

Orxan Vahidoğlu, "İki sahil"

Seçilən
3
2
ikisahil.az

3Mənbələr