AZ

Rusiyada xəstəxanada baş verən yanğının ilkin səbəbi məlum olub - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində xəstəxanada baş verən yanğına səbəb damda aparılan təmir işləri olub.

Qaziler.az bildirir ki, bu barədə noyabrın 18-də Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Bir qədər əvvəl damda təmir işləri aparılıb, izolyasiya yanıb", - idarədən Telegram kanalında aydınlıq gətirilib.

Fövqəladə Hallar Nazirliyi öz Telegram kanalında hadisə yerində 48 mütəxəssis və 16 texnikanın işlədiyini açıqlayıb.

QAZİLER.AZ

Seçilən
37
9
qaziler.az

8Mənbələr