“Abzas Media” saytının direktor müavini Məhəmməd Kekalov həbs edilib.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.
Qərara əsasən M.Kekalov haqda 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur. İki gün əvvəl eyni ittihamla sözügedən saytın direktoru və baş redaktoru da həbs edilib.