Türkiyənin Çorum əyalətinin Osmancık rayonunda psixoloji problemləri olan qadın gecə yarısı evini yandırıb.
Referans.az xəbər verir ki, yanğın zamanı ağır xəsarət alan qadın və oğlu həyatını itirib.
Məlumata görə, binanın 4-cü mərtəbəsində yaşayan Fatma Makineci (36) və oğlu Kaan Mert Kayanın (14) qonşuları partlayış səsi eşidib. Qonşular hadisəni polisə bildiriblər.
Hadisə yerinə gələn sağlamlıq, xilasetmə və polis qrupları ananın meyitini evdən çıxarıblar. Mert Kaan Kaya ağır yaralı olaraq başqa otaqda tapılıb. Həkimlər tərəfindən uşağa ilkin tibbi yardım göstərilib və xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Polislərin evdə apardığı araşdırmalar zamanı Fatma Makinecinin valideynlərinə intihar məktubu buraxdığı müəyyən edilib. Onun bir müddət əvvəl ərindən boşandığı və psixoloji problemləri olduğu öyrənilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta