AZ

İtaliyada bu şəhərə gündəlik ziyarətçi limiti tətbiq qoyuldu

Noyabrın 15-dən etibarən dünyanın ən məşhur arxeoloji abidələrindən biri olan \"Pompey\" arxeoloji parkına giriş məhdudiyyətləri qoyulub.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Florensiya şəhəri də həddindən artıq turizmə qarşı yeni tədbirlər açıqlayıb. 
 
\"Pompey\" arxeoloji parkına gündəlik ziyarətçi limiti 20 min olaraq müəyyən edilib, sıx dövrlərdə və saatlarda isə limit 5 minə endiriləcək.

Park direktoru Gabriel Zuchtriegel, bu cür izdihamın həm ziyarətçilər, həm də \"unikal və həssas tarixi irs\" üçün risk yarada biləcəyi səbəbiylə yeni tədbirlərə ehtiyac olduğunu söylədi.
 
Qeyd edək ki, YUNESKO-nun Ümumdünya İrs siyahısında olan Florensiyanın tarixi şəhər mərkəzi kütləvi turizmdən ən çox təsirlənən yerlər sırasındadır.
 
Gülay
Seçilən
15
azxeber.com

1Mənbələr