AZ

Amerikalı terror qurbanlarının ailələri İranı məhkəməyə verdilər

2023-cü il oktyabrın 7-də HƏMAS-ın və onun müttəfiqlərinin İsrailə terror hücumu nəticəsində həlak olmuş amerikalıların ailələri İranı məhkəməyə veriblər.Missiya.Az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.Bildirilib ki, şikayətçilər İranı HƏMAS-a maliyyə və başqa dəstəklər verməklə terror törətməyə sövq etməkdə günahlandırıblar. Terror qurbanlarının ailələrinin şikayətnaməsində yazılıb: “İran hökuməti bu vasitə ilə Holokostdan sonra yəhudilərin ən qanlı qətliamınının baş verməsində iştirak edib”.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
2
1
missiya.az

2Mənbələr