AZ

Naxçıvan iqtisadiyyatı 1,1 %-dən çox böyüyüb

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 1 milyard 192 milyon 600 min 100 manat olub.

Fins.az xəbər verir ki, bu barədə Muxtar Respublikanın Dövlət Statistika komitəsindən məlumat verilib.

Məlumata görə, bu, 2023-cü ilin müvafiq dövründəki göstəricidən 1,1 % çoxdur.

Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 0,6 % artaraq 2 539,6 manat olub.

Fuad Mədətov
Fins.az

Seçilən
2
9
fins.az

10Mənbələr