AZ

7 min cəriməsi olan sürücü saxlanıldı, məlum oldu ki…

Astarada narkotik təsiri altında avtomobil idarə edən sürücü həbs edilib.

Bu barədə KONKRET.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, Yol Patrul Xidməti Alayının əməkdaşları narkotik vasitənin təsiri altında sükan arxasına əyləşən sürücünü ifşa edib.

Belə ki, Lənkəran rayon sakini Fuad Salayev Ələt-Astara yolunun Səpnəkəran kəndinin ərazisindən keçən hissəsində VAZ markalı avtomobillə hərəkətdə olarkən 7 min manata yaxın ödənilməmiş cəriməsi olduğu üçün saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib.

Müayinə zamanı Fuad Salayevin avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunub və barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 20 gün müddətində inzibati qaydada həbs edilib.

Seçilən
15
32
konkret.az

10Mənbələr