AZ

Aİ növbəti 5 ildə atmosferə buraxılan tullantıların 55 faizədək azaldılmasına nail olmaq üçün çalışacaq

"Növbəti 5 ildə Avropa İttifaqı atmosferə buraxılan zərərli tullantıların azı 55 faizədək azaldılması məqsədinə nail olmaq üçün çalışacaq".

APA xəbər verir ki, bunu Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hukstra deyib.

O əlavə edib ki, bunda məqsəd 2030-ci ilə qədər iqlim neytrallığına nail olmaqdır:

"Bu, bizim qarşımızda qoyulan bir tapşırıqdır. Onun icrası üçün investisiya məqsədləri üzrə fəaliyyət davam etdirilməlidir. Burada toplaşmağımızın məqsədi iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin ölkələrin iqtisadi siyasəti ilə uyğunlaşdırılması yollarını tapmaqdan ibarətdir. Biz onu istəyirik ki, ekoloji cəhətdən təmiz elektrik enerjisinin əlçatanlığını təmin edək".

Seçilən
11
2
apa.az

3Mənbələr