AFFA millinin müdafiəçisi Rahil Məmmədovun zədəsinə aydınlıq gətirib.
Sfera.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədlinin report-a verdiyi məlumata görə, futbolçu ən azı iki həftə yaşıl meydana çıxmayacaq.
Qeyd edək ki, R.Məmmədov UEFA Millətlər Liqasının V turunda Qəbələdə baş tutan Estoniya (0:0) ilə matçın 5-ci dəqiqəsində zədələnərək meydanı tərk etmişdi.