AZ

ICESCO "yaşıl" təhsil sahəsində irəliləyişləri izləmək üçün qlobal monitorinq paneli hazırlayır

Bakı. Trend:

ICESCO Greening Education və UNESCO ilə əməkdaşlıqda "yaşıl"təhsil sahəsində irəliləyişləri izləmək üçün qlobal monitorinqpaneli hazırlayır.

Trend xəbər verir ki, bubarədə ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik COP29çərçivəsində təşkil edilən "Təhsilin ekoloji istiqamətəyönəldilməsi və iqlim savadlılığının artırılması" mövzusundadəyirmi masa zamanı bildirib.

"“Greening Education” tərəfdaşlığı və UNESCO ilə əməkdaşlıqdaICESCO-nun "yaşıl" təhsil sahəsində irəliləyişləri izləmək üçünqlobal monitorinq paneli hazırladığını elan etmək mənim üçün böyükşərəfdir. Bu panelin növbəti il COP30 çərçivəsində istifadəyəverilməsi planlaşdırılır.

Dünya üzrə əlçatan olacaq bu rəqəmsal panel hökumətlərə vəsiyasətçilərə 2030-cu il hədəflərinə nail olmaq və daha da inkişafetmək üçün effektiv planlama və qərar qəbul etmə imkanı verəcək.Birlikdə çalışaraq, biliklərimizi paylaşaraq və bir-birimizidəstəkləyərək, həqiqətən dayanıqlı və inklüziv bir təhsil sistemiyarada bilərik. ICESCO bu yolda iştirak etməyə və bu vizyonu həyatakeçirmək üçün sizinlə əməkdaşlığa hazırdır", - deyə ovurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
39
az.trend.az

1Mənbələr