AZ

Kamran Əliyev Braziliya Baş prokuror müavini ilə iki ölkə arasında hüquqi əməkdaşlığı müzakirə edib (FOTO

Bakı. Trend:

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədiləölkəmizə səfərə gələn beynəlxalq təşkilat və xarici dövlətlərinnümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.

Trend xəbərverir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, noyabrın 16-da Baş prokuror Kamran ƏliyevBraziliya Federativ Respublikasının Baş prokurorun müaviniHindenburq Çatebriandın rəhbərlik etdiyi nümayəndə heyəti iləgörüşüb.

Baş Prokurorluqda keçirilmiş görüşdə qonaqları salamlayan KamranƏliyev ölkələrimiz arasında isti münasibətlərin mövcud olduğunusöyləyib. O, bir sıra sahələrdə uğurlu əməkdaşlıq təcrübəsininolduğunu qeyd edib və ölkələrimiz arasında hüquqi əməkdaşlığıngələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Görüşdə Baş prokuror Kamran Əliyev Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi altındaCOP29-un ən yüksək səviyyədə təşkil olduğunu vurğulayıb.

COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-ninNarkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindəntəşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlərNazirliyi tərəfindən həmsədrlik edilən "İqlim dəyişikliyi iləmübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlıyüksək səviyyəli sessiyasının uğurla başa çatması barədə danışantərəflər ətraf mühitin mühafizəsində hüquq-mühafizə orqanlarınınqarşılıqlı əməkdaşlığının vacibliyini vurğulayıblar.

Braziliya Federativ Respublikasının Baş prokurorun müavinisəmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirərəktəmsil etdiyi qurumun Azərbaycan Respublikasının Prokurorluqorqanları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib və buəlaqələrin gələcəkdə də inkişaf etidirilməsinin zəruriliyindən vəperspektivlərindən danışıb.

Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbirə hazırlığınınən yüksək səviyyədə olduğunu qeyd edən qonaq COP29-un dünya üçünböyük töhfələr verə biləcəyindən əminliyini vurğulayıb, COP29çərçivəsində təşkil olunan "İqlim dəyişikliyi ilə mübarizədə hüquqmühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəlisessiyanın uğurla başa çatması münasibətilə Baş prokuror KamranƏliyevi təbrik edib.

Kamran
Kamran
Məqalədə:
Seçilən
22
28
az.trend.az

10Mənbələr