AZ

Mədəniyyət naziri İordaniya şahzadəsi ilə görüşüb

Ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 16-da Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə İordaniya Haşimilər Krallığının şahzadəsi, UNESCO-nun xoşməramlı səfiri, Petra Milli Trestinin prezidenti, xanım Dana Firas arasında görüş keçirilib.

OLAY yazır ki, qonağı salamlayan nazir bu mötəbər tədbirdə fəal iştirakına görə təşəkkürünü bildirib. Qeyd olunub ki, ölkələrimiz arasında qarşılıqlı etimada əsaslanan yaxşı əməkdaşlıq əlaqələri mövcuddur. Mədəniyyət sahəsində əlaqələri inkişaf etdirmək üçün də geniş perspektivlər var.

Xanım şahzadə ölkəmizə səfər etməsindən və yüksək səviyyədə təşkil olunan COP29 tədbirində iştirakından məmnunluğunu dilə gətirib. O, ötən axşam Azərbaycan Dövlət Pantomima Teatrında dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun "Gün var əsrə bərabər" əsərinin motivləri əsasında hazırlanan "Manqurt" tamaşasını maraqla izlədiyini, aktyorların ifasının onda dərin təəssürat doğurduğunu deyib.

Söhbət zamanı COP29 çərçivəsində müzakirə olunan məsələlər, eləcə də iqlim və mədəni irs gündəliyi ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
12
13
olay.az

10Mənbələr