AZ

Almaniyanın Kiyevə verdiyi super-silah nələrə qadirdir?

Xəbər verdiyimiz kimi, Almaniyanın yüksək təsnifatlı yeni super-silahı – dronu uğurlu sınaqdan sonra Ukraynaya tədarük ediləcək.

Axar.az xəbər verir ki, Qərb hərbi ekspertləri olduqca yüksək keyfiyyətinə görə bu qeyri-adi dronları “mini Taurus”lar adlandırırlar.

Süni intellektlə işləyən proqram dronları idarə etməyə kömək edir. Dronlar Rusiyanın GPS təzyiqlərinə və digər elektron müharibə üsullarına qarşı faktiki olaraq immunitetli edən proqram təminatı ilə təchiz olunub.

“Dron özü ərazini təhlil edir, bu, operatora hətta çətin hava şəraitində və ya çətin ərazilərdə də kursu saxlamağa kömək edir. Hədəf aşkar edildikdə və operator bunu təsdiqlədikdə, dron müstəqil olaraq hədəfi vurur. Əgər əsgər əvvəlcədən əmr veribsə, “Helsinq” PUA-ları radioəlaqə kəsilsə belə, hədəfləri vura bilir. Onların dəqiqliyi tam əllə idarə olunan döyüş dronları ilə müqayisədə xeyli yüksəkdir”, - mənbə nəşrə məlumatında bildirib.

Bu dronlar Ukraynanın adi kamikadze dronlarından 4 dəfə uzağa uça bilirlər. Onlar Rusiya tanklarını və bunkerlərini məhv etmək üçün kifayət qədər partlayıcı daşıyırlar və havadan hərəkət edən hədəfləri vurmaq imkanındadırlar.

Dronların qiyməti isə ABŞ istehsalı olan analoqları ilə (“Switchblade” 600 dronlarının qiyməti 100 min avrodur) müqayisədə çox ucuzdur.

Almaniya müdafiə naziri Boris Pistorius bu silahların Ukrayna ordusuna Rusiyanın komanda məntəqələri və ya logistika kimi hərbi obyektlərinə zərbələr endirməyə imkan verəcəyini deyib.

Seçilən
16
1
axar.az

2Mənbələr