AZ

Peskov: ABŞ-ın qərarı ehtiyatsızlıqdır, təhlükəlidir

Peskov: ABŞ-ın qərarı ehtiyatsızlıqdır, təhlükəlidir

ABŞ-ın Rusiyanın dərinliklərində uzaqmənzilli silahlarla zərbələri təsdiqləmək qərarı təhlükəli və ehtiyatsızlıqdır. Bu, Vaşinqtonun münaqişədə iştirak səviyyəsini artırır.AFN.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib.Almaniya Nazirlər Kabineti təsdiqləyib ki, Vaşinqton Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək qərarı barədə Berlini məlumatlandırıb. Bu, ABŞ hakimiyyətinin qərarı ilə bağlı ilk rəsmi məlumatdır. Əvvəl yalnız Qərb mətbuatında bu haqda xəbərlər yayılmışdı.“Getdikcə daha çox narahatedici məlumatlar alırıq”, - deyə Peskov Berlindən gələn xəbərləri şərh edərkən qeyd edib: “Həqiqətən də, bu qərar ehtiyatsızdır, təhlükəlidir, keyfiyyət dəyişikliyinə, ABŞ-ın bu münaqişədə iştirak səviyyəsinin keyfiyyətcə artırılmasına yönəlib". Peskov xatırladıb ki, bu mövzu ilə bağlı müzakirələr uzun müddətdir ki, həm kollektiv Qərb ölkələrində, həm də Kiyevdə gedir. “Rusiya Federasiyasının mövqeyini Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putin aydın şəkildə ifadə edib”, - deyə Kremlin sözçüsü bildirib.O əlavə edib ki, Moskvanın mövqeyi uzaqmənzilli silahlar tədarük edən Qərb dövlətlərinə yaxşı məlumdur. “Münaqişə ətrafında gərginliyin yeni bir qolu istiqamətində belə ehtiyatsız və potensial təhlükəli addım atacaqlar, ya atmayacaqlar - biz görəcəyik. Lakib bu cür hərəkətlər lazımi reaksiyasız qalmayacaq”, - deyə Rusiya liderinin mətbuat katibi vurğulayıb.

Seçilən
13
afn.az

1Mənbələr