AZ

Liz Kristoffersen Anar Məmmədlini dağıdıcı müxalifətin fəalı hesab edir ANALİZ

Harada yalan, böhtan, qarayaxma varsa, dağıdıcı müxalifət oradadır. Nədən ki, iyrənc vasitələrdən bəhrələnməklə Azərbaycana qarşı kampaniya aparmaq imkanı əldə edirlər. Sifarişlərin verildiyi mərkəzlərində ünvanları bəllidir. Hansı ki, həmin qaranlıq mərkəzlərdən maddi və mənəvi dəstək alırlar. Məhz maliyyə yardımlarının davamlı xarakter alması üçün AXCP, Milli Şura kimi qurum rəhbərləri üzərlərinə götürdükləri öhdəlikləri daha geniş və məsuliyyətlə yerinə yetirməyə çalışırlar. Xüsusilə də COP29 konfransının keçirildiyi ərəfədə dağıdıcı ünsürlər bir qədər də fəallaşıblar. Söz yox ki, onları bu cür fəallığa xarici anti-Azərbaycan dairələr təhrik edirlər. Həmin məkrli dairələrdən biri də ermənipərəst konqresmen Frenk Pallounedir. BMT-nin dəvəti ilə COP29-da iştirak etmək üçün Bakıya gələn Frank Pallouneni Amerika erməni lobbisinin əsas fəallarından hesab olunur. Utanıb-çəkinmədən Azərbaycanın ərazi bütövlüyünü tanımadığını bildirən F. Palloune konqresdə ölkəmizə qarşı sanksiyaların tətbiq olunması təşəbbüsü ilə çıxış edib.

Frank Pallounenin ifşası dağıdıcı müxalifəti narahat edib

Frank Pallounenin birbaşa və ya dolayısı ilə dağıdıcı müxalifətin qara işlərinə dəstəyi şübhəsizdir. Çünki bu günə qədər Əli Kərimli, Cəmil Həsənli, İsa Qəmbər, Arif Hacılı və digərləri belə bir halın baş vermədiyini bildirməyiblər. Digər tərəfdən sözügedən dağıdıcı ünsürlər ermənipərəst konqresmenin Azərbaycana qarşı tutduğu qərəzli yanaşmasına etirazlarını qeyd etməyiblər. Əksinə, sosial şəbəkələrdə trolları vasitəsi ilə F. Pallounenin Azərbaycan əleyhinə olan çıxışlarına, təkliflərinə dəstəklərini nümayiş etdirirlər. Bu azmış kimi bir qrup Azərbaycan QHT-lərinin Frank Pelounenin qaldığı otelin qarşısında etiraz aksiyası keçirməsindən narahatlıqlarını ifadə ediblər. Əli Kərimli sosial şəbəkə hesabında “sərt etiraz aksiyası Frank Pallouneniyə qarşı haqsızlıqdır”, - deyə qeyd etməsi onların əsl simasını ortaya qoyur. Yəqin ki, imkanları olsa ermənipərəst konqresmenlə görüşüb, ona təsəlli verər və üzrhaqlıq edərlər. Bəlkə də artıq müəyyən vasitələrlə F. Pallouneniyə öz müsbət mesajlarını çatdırıblar. Sadəcə, açıq şəkildə meydana çıxıb, ermənipərəst konqresmenlə görüşməyə, onu müdafiə etməyə cəsarət etmirlər.

Dağıdıcı müxalifətdən Frank Pallounenidən fərqli olaraq Liz Kristoffersenə təşəkkür məktubu

Dağıdıcı müxalifətin aparıcı ünsürləri Frank Pallouneni ilə açıq formada görüşdən yayınsalar da, digər ermənipərəst deputatlar- Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Liz Kristoffersen, Hanna Bardell və Pol Qavanı ilə münasibətlərini gizlətmirlər. Hətta AXCP və Milli Şura adından Əli Kərimli və Cəmil Həsənli Liz Kristoffersenə Azərbaycana qarşı maraqlarına cavab verən mövqeyinə görə təşəkkür məktubu ünvanlayıblar. Ə.Kərimlini və C.Həsənlini məmnun edən məsələ Liz Kristoffersenin Qarabağda terrorçu hərbi birləşmələrə rəhbərlik etmiş və hazırda antiterror əməliyyatları zamanı həbs edilərək məhkəmə qarşısına çıxarılması gözlənilən terrorçu şəxslərin, eləcə də Anar Məmmədli və Qubad İbadoğlunun müdafiəsi ilə bağlı fikirlər səsləndirməsidir. Liz Kristofferseyə görə, müxalifət fəalları olan Anar Məmmədli və Qubad İbadoğlunun sağlamlıq durumları ağır olduğu üçün onların həbsdə qalmaları yolverilməzdir. Bu amili əsas götürən Liz Kristofferse Azərbaycanda insan hüquqlarının pozulduğunu iddia edib və hansısa “siyasi məhbus”ların olmasından söhbət açıb. Söz yox ki, Liz Kristoffersenin də azarı həmkarı Frank Şveber kimi Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti deyil, ölkəmizin ərazi bütövlüyünü təmin etməsi və COP29 konfransını yüksək səviyyədə keçilməsidir. Narahatlığını gizlədə bilmədiyindən əhəmiyyətsiz iddialarla çıxış edir və cəfəng fikirlər söyləyir. Lakin Liz Kristoffersenin, Hanna Bardellin, Frank Şveberin və Pol Qavanın anlmaq istəmədikləri bir həqiqət var ki, Azərbaycan müstəqil, suveren, demokratik dövlət olaraq dünyada nüfuz sahibinə çevrilib. AŞPA ilə əməkdaşlığın dayandırılması və qurumun Azərbaycana qarşı qərəzli ittihamları ölkəmizin imicinə təsir etməyib, bundan sonra da edə bilməz. Azərbaycan beynəlxalq hüququn norma və tələblərinə əsaslanaraq 2023-cü il sentyabrın 19-da başlayan və 23 saat çəkən lokal antiterror tədbirləri ilə separatizmi tamamilə məhv edib. Separatçıların əsas başçıları isə hüquq-mühafizə orqanları tərəfindən həbs edilərək istintaqa təhvil verilib. Onlara qarşı terrorizm, terrorçuluğu maliyyələşdirmə, qanunla nəzərdə tutulmayan silahlı birləşmə və qruplaşmalar yaratmaq, terrorizm məqsədilə təlimlər keçirmək ittihamları irəli sürülüb. Artıq Arayik Artunyan, Vardanyan, Saakyan, Qukasyan və digərləri məhkəməyə çıxmağa hazırlaşırlar. Bununla bağlı mətbuata açıqlamasında Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev bildirib ki, həmən şəxslərin istintaqı artıq yekunlaşıb və yaxın vaxtlarda materiallar məhkəməyə təqdim olunacaq: “Hazırda həm təqsirləndirilən şəxslər, həm də zərərçəkmişlər cinayət işinin materialları ilə tanış olurlar. Bilirsiniz ki, bu cinayət işində zərərçəkənlər çoxdur. Bütün istintaq-əməliyyat tədbirləri həyata keçirildikdən sonra iş beynəlxalq standartlara və Azərbaycan cinayət qanunvericiliyinə uyğun olaraq, mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndəriləcək”.

Cinayətkar cəzasız qala bilməz

Anar Məmmədli və Qubad İbadoğlu haqqında səslənən yazıq, xəstə, bədbəxt insan obrazı isə sadəcə ənənəvi metodlardandır. Ancaq bur yerdə də bildirmək lazımdır ki, Azərbaycan hüququ dövlətdir və atılan addımlar, verilən qərarlar qanunun aliliyinə söykənir. Zaminə buraxıldıqdan sonra Q.İbadoğlu bülbül kimi ötür, hər gün bir məkanda və yerdə görünür. A.Məmmədliyə gəldikdə isə, o, sağlamlığında hər hansı bir problemin olmadığını bildirib. Digər tərəfdən A.Məmmədli bir dəfə deyil həbs edilir. O, dəfələrlə cinayət törədib və əməlinə görə də müxtəlif müddətlərə azadlıqdan məhrum edilib. Hətta bir dəfə ona qarşı humanistlik göstərilib və cəzasının çəkilməmiş hissəsindən azad edilib. Lakin sonuncu dəfə o daha ağır cinayət törədib və məhkəmədə törətdiyi cinayət əməlini etiraf edib və ona yenidən şans verilməsini istəyib. Təbii ki, məhkəmə onun xahişini araşdırmaları ilə münasibət bildirəcək. A.Məmmədli 2001-ci ildə “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi” adlı qondarma qurumu təsis edib, məram və məqsədlərini anlamayan bir neçə gənci başına toplayıb, hər seçki ərəfəsi və seçkilər zamanı aldığı qrantların qarşılığında sosial şəbəkələr də qarayaxma kampaniyası aparan zaman bunun sonunun heç də ürəkaçan olmayacağını bilməli idi. 2001-ci ildən Azərbaycanda keçirilən parlament, bələdiyyə, prezident seçkiləri və referendumla bağlı mənfi hesabatlar SMM-ə məxsus olub. Seçki keçirilməyən dövrlərdə isə A.Məmmədli Gəncə, Sumqayıt, Beyləqan, Mingəçevir, Göyçay, Quba, Cəlilabad, Şəki və Naxçıvanda SMM-nin “filial” və “nümayəndəliklər”ini yaradaraq, gənclərə öz zəhərli təbliğat vasitələrini çatdırmağa çalışıb. 2008-ci ildə Anar Məmmədlinin rəhbərlik etdiyi SMM-də qrantların qeyri-şəffaf xərclənməsi və vergidən yayınması faktı ortaya çıxdı. Buna görə təşkilatın dövlət qeydiyyatı ləğv olundu. Faktlara görə, A.Məmmədli təşkilatının adına aldığı qrantları fiziki şəxs kimi sənədləşdirərək, vergidən yayınıb. SMM-nin ləğvindən sonra Məmmədli ad dəyişikliyinə gedərək, “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”ni (SMDTM) yaratdı. 2008-2013-cü illərdə SMDTM adı ilə aldığı qrantları yenə “fiziki şəxs” kimi rəsmiləşdirirdi. Məlumatlara görə, 5 il ərzində Məmmədlinin fiziki şəxs kimi yaratdığı bank hesabına 480 min dollar vəsait daxil olub. Bununla yanaşı, o, qrant layihələrini fərqli təşkilatların adından icra etmək fəndinə də əl atmışdı. Bu məqsədlə SMDTM-i Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi (KBƏİB) və Demokratik Jurnalistika Məktəbi (DJM) ilə birləşdirmişdi.A.Məmmədli aldığı qrantlar hesabına maddi imkanları genişləndikcə daha geniş şəbəkə qurmağa həvəslənmişdir. Xüsusilə də o ölkədə ictimai siyasi sabitliyi pozmasında fəallıq göstərməyə cəhdlər göstərib. Bu arada A.Məmmədlinin fəaliyyətində qanun pozuntuları aşkar edildiyi üçün o, 2014-cü ildə həbs edildi, iki il sonra – 2016-cı ildə Prezidentin əfv sərəncamı ilə azadlığa çıxdı. Və Qərb dairələrinin tapşırıqlarının yerinə yetirilməsi, qrant qaçaqmalçılığı işini qaldığı yerdən davam etdirməyə başladı. 2018-ci il prezident, 2019-cu il bələdiyyə və 2020-ci il parlament seçkilərində dövlət qeydiyyatı olmayan SMDTM mənfi hesabatların hazırlanması işini “layiqincə” yerinə yetirdi. Və çox maraqlıdır ki, Qərb dairələri dövlət qeydiyyatı olmayan bu təşkilatı “alternativ mənbə” kimi qəbul edir. Təkcə bu məqam A.Məmmədlinin Azərbaycanda “təsir agenti” kimi əsas missiyasının nədən ibarət olduğunu anlamağa imkan verir. Təsadüfi deyil ki, Məmmədlinin rəhbərlik etdiyi təşkilat fəaliyyəti dövründə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) və Avropa Şurası Parlament Assambleyasının tədbirlərində əsas iştirakçılardan biri olub, eləcə də Seçkilərin Monitorinqi Təşkilatlarının Avropa Şəbəkəsi (ENEMO), Demokratik Seçkilər üzrə Avropa Platforması (EPDE) və ATƏT-in DTİHB-nin müşahidə missiyalarının tərkibində müxtəlif ölkələrdə seçki müşahidəçiliyini həyata keçirib. Bu, SMDTM-nin “beynəlxalq nüfuzlu” təşkilata çevrilməsi və Azərbaycandakı seçkilərlə bağlı hazırladığı mənfi, qərəzli hesabatlara istinadın legitimləşdirilməsi məqsədi daşıyır. A.Məmmədlinin sonuncu missiyası 2024-cü ilin 7 fevral prezident seçkilərində təxribatların törədilməsi idi. O azad və demokratik şərait də keçirilən seçkilərlə bağlı fəal qarayaxma kampaniyası həyata keçirib. Bu “xidmətlər”inə görə Qərbin donor təşkilatlarından 350 min manat qrant əldə edib, seçki günü isə cəmi 15-20 nəfərlik qrup yaradaraq, ayrılan vəsaiti mənimsəyib. Bütün bu cinayətlər cəzasız qala bilməzdi və qalmadı. Artıq A.Məmmədli törətdiyi cinayətlərin cəzasını çəkmək üçün həbs edilib və məhkəməsi gözlənilir.

Dövlətlərə qarşı qərəzli münasibət AŞPA-nın dağılmasına gətirib çıxaracaq

Görünən ondan ibarətdir ki, bəzi beynəlxalq təşkilatlar, o cümlədən Avropa Parlamenti və AŞPA Fransa və Almaniya kimi islamofob və türkəfob təfəkkürün geniş yayıldığı dövlətlər tərəfindən idarə olunur. Bu, o təşkilatlardır ki, 30 il Azərbaycan əraziləri Ermənistanın işğalı altında olduğu vaxtlarda təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız ara sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. 2023-cü il aprelin 23-də Azərbaycan Respublikası tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini, dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasını tələb edib. AŞPA 23 oktyabr 2023-cü il tarixində “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edib. Həmin qətnamənin 23-cü bəndində təşkilat açıq-aşkar Azərbaycanı təhdid edilərək, 19 sentyabrda baş tutan lokal xarakterli antiterror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirərək, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatçılıq ifadə edib və Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələyib. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış yarım-sessiyasının açılış günündə (22 yanvar) AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməmişdir. Almaniyanın nasist təşkilatının fəal üzvü olan Frank Şvaberin təşəbbüsü irəli sürülən separatçı layihədə “100 mindən artıq Qarabağ ermənilərinin zorakılıqla qovulması və AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirib”.

Bir sözlə, AŞPA kimi qurumların Azərbaycana qarşı qərəzi ölkəmizin artan nüfuzundan narahatlıq keçirmələrindən irəli gəlir. Hər məqam da şər və böhtanları ilə çıxış edib, absurd iddialar irəli sürməklə dövlətimizin uğurlarını və beynəlxalq miqyasda qazandığı nüfuzuna xələl gətirə biləcəklərini düşünürlər. Lakin Azərbaycan haqq yolundadır və bu yol ölkəmizin gücünə güc, uğuruna-uğur qatır.

İLHAM ƏLİYEV

Seçilən
51
sesqazeti.az

1Mənbələr