AZ

Büdcədə 3,4 milyard manat profisit yaranıb - RƏSMİ

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, 2024-cü ilin yanvar-oktyabr aylarında dövlət büdcəsində böyük məbləğdə profisit yaranıb.

 

Sfera.az nazirliyə istinadən xəbər verir ki, büdcənin 10 aylıq gəliri 31 milyard 542,5 milyon manat, xərcləri 28 milyard 108,2 milyon manat olub.

 

Büdcənin icrasında 3 milyard 434,3 milyon manatlıq profisit yaranıb. Profisitin ümumi daxili məhsula nisbəti isə 3,3 faiz olub.

 

Vasif

Sfera.az

Seçilən
57
sfera.az

1Mənbələr