AZ

Sizi əsəbi edən gözlənilməz gizli səbəb... - Bu qidaları yeyin

Gündəlik həyatın gərginliyi bizi zaman-zaman qəzəbli görünməyə sövq edə bilər. Ancaq adi vəziyyətdə özünüzü qəzəbli və gərgin hiss edirsinizsə, problem yalnız xarici amillərdə axtarmalı deyilsiz.

Teleqraf.com-un məlumatına görə, tədqiqatlar maqnezium çatışmazlığının əsəbilik və qəzəb partlayışlarını doğuran gizli faktorlardan biri olduğunu ortaya çıxarıb.

Maqnezium çatışmazlığını əsəbilik və əhvalla bağlı digər simptomlarla əlaqələndirən bir çox tədqiqat var. Bu mineral sinir sisteminin sağlam fəaliyyətində mühüm rol oynayır və stress hormonlarını balanslaşdırmağa kömək edir. Çatışmazlıq halında bu tarazlığın pozulması səbəbindən orqanizmdə həddindən artıq həssaslıq və əsəbilik yarana bilər.

Maqnezium sinir sistemində neyrotransmitter funksiyasını və əhval-ruhiyyəni tənzimlədiyi üçün bu mineralın çatışmazlığı stress hormonlarının idarə edilməsində pozulmalara səbəb olur. Maqnezium çatışmazlığı halında bu reseptorlar daha çox aktivləşir, sinir sistemində həyəcanı artırır.

Odur ki, maqneziumla zəngin qidalar (yaşıl yarpaqlı tərəvəzlər, qoz-fındıq) istehlak etmək və ya həkim nəzarəti altında maqnezium əlavələri qəbul etmək bu çatışmazlığı aradan qaldırmağa və əhval-ruhiyyəni tarazlaşdırmağa kömək edə bilər.


Müəllif: Şəbnəm Zahir
Seçilən
1
1
teleqraf.com

3Mənbələr