AZ

COP29: Bakının 2040-cı ilə qədərki Baş Planının icrası paytaxtın dayanıqlı inkişafına təkan verir

Bu gün COP29-da Çoxsəviyyəli Fəaliyyət və Şəhərsalma Pavilyonunda Bakının Baş Planının icrasına həsr olunmuş tədbir keçirilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Şəhərsalma və Memarlıq Baş İdarəsinin rəisi Read Qasımov planın əsas məqsədləri və nailiyyətləri barədə məlumat verib.

Olaylar-ın məlumatına görə, tədbirdə Şəhər və Region Planlama Beynəlxalq Cəmiyyəti (ISOCARP) və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) nümayəndələri də iştirak ediblər.

Read Qasımov qeyd edib ki, Bakı şəhərinin Baş Planı qlobal şəhərsalma problemləri nəzərə alınaraq hazırlanıb və ətraf mühitə mənfi təsirlərin azaldılması, enerji səmərəliliyinin təmin olunması, habelə "yaşıl" infrastrukturun inkişafına yönəlib. Baş Planın icrasının uğurlu nəticələrindən bəhs edən R.Qasımov əlavə edib ki, plana müvafiq olaraq görülən işlər nəticəsində dayanıqlı inkişafa zəmin yaradılır, sakinlərin həyat keyfiyyəti yüksəlir, şəhər mühiti daha inklüziv və əlçatan olur.

Sonda müzakirələrə qatılan beynəlxalq mütəxəssislər həmçinin Bakının Baş Planının müasir şəhərlərin qlobal çağırışlara uyğunlaşmasını göstərən və təbii resurslardan səmərəli istifadə olunmaqla dinamik inkişafı təmin edən bir sənəd olduğunu bildiriblər

COP29:

COP29:

COP29:

COP29:

COP29:

COP29:

COP29:

COP29:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
4
olaylar.az

5Mənbələr