AZ

Qəzzada ölənlərin sayı 44 minə çatdı

İsrail 409 gündür Qəzza zolağında mülki insanları hədəf alır.

Turkustan.az xəbər verir ki, İsrail qüvvələri bölgədə fələstinliləri qətlə yetirərkən vəhşi hücumlarını davam etdirdikcə, bölgədə ölənlərin sayı getdikcə artır. Fələstin Səhiyyə Nazirliyi İsrailin son 24 saat ərzində həyata keçirdiyi 4 hücumda 76 mülki vətəndaşın həyatını itirdiyini, 158 mülki vətəndaşın isə yaralandığını bildirib.

Hücumların başladığı 7 oktyabr 2023-cü ildən bəri balans hesabatına istinad edilən açıqlamada, ümumi can itkisinin 43 min 922, yaralı sayının isə 103 min 898-ə yüksəldiyi ifadə edildi.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
6
1
turkustan.az

2Mənbələr