AZ

Yenidən 18 yaşına qayıtmaq istəyən 47 yaşlı milyonçu TANINMAZ HALDA

47 yaşlı amerikalı milyonçu Brayan Consonun başına iş gəlib.
 
Moderator.az BAKU.WS-ə istinadən xəbər verir ki, onun yenidən 18 yaşındakı görünüşünə qayıtmaq üçün üzünə vurdurduğu yağ əks təsir göstərib.
 
Bu prosedurdan sonra milyonçunun gözlərinin altı şişib və tanınmaz hala düşüb.

Brayan gündə 100 vitamin qəbul edir.

O yeni fotolarına "Mən riskli addımlara öyrəşmişəm" deyərək reaksiya verib.

 

Xatırladaq ki, 47 yaşlı milyonçu 2020-ci ildən etibarən özünü cavanlaşdırmağa başlayıb.

30 yaşından milyonçu olan Brayan iş həyatındakı stressdən depressiyaya düşüb. Hətta intihara cəhd edib.

Nəticədə bədəni, üzü vaxtından tez qocalır.

O gəncləşmək üçün hər il 2 milyon dollar xərcləyib. Bu günə qədər isə ümumi olaraq 6 milyon dollar xərcləyib.

 

Seçilən
8
2
moderator.az

3Mənbələr