AZ

Astarada 47 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Astarada
Astarada 47 yaşlı kişini yüksək gərginlikli elektrik cərəyanı vuraraq öldürüb. 1news.az-ın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Kijəbə qəsəbəsi ərazisinddə qeydə alınıb.
Belə ki, qəsəbə sakini, 1977-ci il təvəllüdlü Akif Maarif oğlu Ramazanovun su hövzəsində balıq ovlamaq üçün atdığı qırmaq yüksək gərginlikli elektrik xəttlərinə toxunub və o, cərəyan vurması səbəbindən ölüb. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
28
7
1news.az

10Mənbələr