AZ

Türkiyə XİN Ərdoğanla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi



"Bloomberg"də bu gün dərc olunan xəbər məqaləsində Türkiyənin G20 sammitində sülh planı (Rusiya-Ukrayna arasında - red.) təqdim edəcəyi ilə bağlı açıqlamalar Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyi tərəfindən rədd edilib.

aia.az xəbər verir ki, Xarici İşlər Nazirliyi mənbələri Türkiyənin Rusiya-Ukrayna müharibəsinə son qoymaq təşəbbüslərini dəstəklədiyini, lakin "Bloomberg"in Rusiya-Ukrayna müharibəsi ilə bağlı bu gün dərc olunan xəbərlərinin həqiqəti əks etdirmədiyini bildirib.

"Bu gün "Bloomberg" xəbər agentliyinin Türkiyə ilə bağlı dərc etdiyi xəbərin hissələri həqiqəti əks etdirmir", - məlumatda qeyd olunub.

Xatırladaq ki, "Bloomberg" xəbərlərində Türkiyənin müharibəni dayandırmaq üçün təklif hazırladığı və bu təklif çərçivəsində Ukraynanın Rusiyaya bir qədər güzəştə getməsinin gözlənildiyi iddia edilib.

aia.az



Seçilən
21
aia.az

1Mənbələr