AZ

Bayden gedər ayaqda yeni savaşın əsasını qoyur?

ABŞ prezidenti Co Baydenin Ukrayna ordusuna Rusiya ərazisinə zərbələr endirmək üçün ATACMS uzaqmənzilli raketlərdən istifadəyə icazə verməsinə Kremldən reaksiya gəlib.

Publika.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bu xəbərlərin rəsmi mənbələrə əsaslanmadığını bildirib:

“ABŞ belə bir qərar verərsə, bu, yeni gərginlik dövrünün başlanğıcı olacaq. Bayden administrasiyası yanğını alovlandırmağa çalışır. Qərbin silahları Rusiyanın dərinliklərinə endirilsə, bunu Ukrayna deyil, icazə verən ölkələr edəcək. Aydındır ki, indiki hökumətin içində olduğu Ukraynadakı münaqişəni qızışdırmaq istəyir”.

Qeyd edək ki, mənbələr Baydenin sözügedən qərarı keçən həftənin cümə günü verdiyini və Rusiyanın Şimali Koreya əsgərlərini müharibəyə cəlb etməsinə cavab olaraq bu addımın atıldığını bildirib. Digər tərəfdən, Ukraynanın yaxın günlərdə Rusiyanın dərinliklərinə uzaqmənzilli raket hücumu etməyə hazırlaşdığı da iddia edilib.

Seçilən
16
31
publika.az

10Mənbələr