AZ

Türkiyə ilə sosial sahədə əməkdaşlığın gələcək inkişafına dair fikir mübadiləsi aparılıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakıda keçirilən COP29 tədbiri çərçivəsində Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Adil Çalışkan və əmək və sosial müdafiə nazirinin müavini Lütfihak Alpkanla görüşüb.

 

Görüşdə Azərbaycan və Türkiyə dövlət başçılarının birgə səyləri ilə qardaş ölkələrimiz arasında dostluq və qardaşlığa əsaslanan münasibətlərin daim inkişaf edərək müttəfiqlik səviyyəsinə yüksəldiyi vurğulanıb.

 

Ölkəmizin ev sahibliyi etdiyi COP29-un əhəmiyyəti, həmçinin bu tədbir çərçivəsində əmək və sosial müdafiə sahəsi ilə bağlı keçirilən tədbirlərin önəmi qeyd edilib.

 

Azərbaycan və Türkiyə arasında əmək, məşğulluq və sosial müdafiə, həmçinin sosial xidmətlər sahələrində də uğurlu əməkdaşlıq təcrübəsinin olduğu, bu istiqamətdə müqavilə-hüquq bazasının daim genişləndiyi bildirilib. Son illər imzalanmış sənədlərin ölkələrimiz arasında qeyd edilən sahələrdə əməkdaşlığının inkişafına töhfə verdiyi vurğulanıb.

 

Əmək və sosial müdafiə, sosial xidmətlər sahələrində əməkdaşlığın gələcək inkişafına dair fikir mübadiləsi aparılıb.

Seçilən
25
5
qht.az

6Mənbələr