AZ

Tanınmış futbolçunun taleyi yeni baş məşqçidən asılıdır

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kristian Eriksen mövsümün sonunda azad agentə çevrilə bilər. İngiltərə klubu 32 yaşlı danimarkalı futbolçu ilə yeni müqavilə bağlamağa tələsmir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, çox güman, tərəflər gələn yay yollarını ayıracaq.

Çünki yeni müqavilə üçün danışıqlar planlaşdırılmayıb. Lakin “Mançester Yunayted”in yeni baş məşqçisi Ruben Amorim Eriksenin “qırmızı şeytanlar”a hələ də fayda verəcəyinə inanarsa, vəziyyət dəyişə bilər.

Eriksen bu mövsüm 13 matçda 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

Seçilən
34
sportinfo.az

1Mənbələr