AZ

Milli rekord reallaşdırdı, nazir "dodaq büzdü": "Həmin vaxt operaya qulaq asırdım"

Noyabrın 15-də Rusiya yığmasının Bruneyi 11:0 hesabı ilə məğlub edərək, millinin tarixində ən böyükhesablı qələbəsini qazanması bu ölkənin futbol ictimaiyyəti tərəfindən də birmənalı qarşılanmayıb.

Fanat.Az xəbər verir ki, Rusiyanın idman naziri Mixail Deqtyarev də yığmanın bruneylilərlə yoldaşlıq görüşündəki darmadağınından danışıb.

"RİA Novosti" nazirin sözlərini belə çatdırıb:
“Həmin anda mən Riqolettonun operasına qulaq asırdım və fasilə zamanı partituraya baxırdım. Gələcəkdə belə matçlar keçirilməlidirmi? Mən daha güclü rəqiblər istərdim. Suriya ilə matç, məncə, fərqli olacaq. Lakin istənilən halda, yığma tarix yazdı, gənc oyunçular özlərini göstərdilər”. 

Rusiya yığması sabah, noyabrın 19-da Volqoqradda Suriya ilə yoldaşlıq oyunu keçirəcək.

Mirağa 

Seçilən
8
fanat.az

1Mənbələr