AZ

Məcnun Məmmədov KTN-in pavilyonunda - Fotolar

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyası (COP29) çərçivəsində “Yaşıl zona” da fəaliyyət göstərən Kənd Təsərrüfatı Nazirliyinin pavilyonunu ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, pavilyonda Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumlarının fəaliyyətini əks etdirən materiallar sərgilənir, aqrar sahədə həyata keçirilən tədbirlər, o cümlədən kənd təsərrüfatı sahəsində tətbiq olunan innovativ yeniliklər və həllər, iqlim dəyişikliyinin təsirlərinin minimuma endirilməsi üçün görülən işlər, məhsuldarlığın ölçülməsi üzrə yığım izləmə sistemi, məhsul itkisinin qarşısını almaq və resurslardan səmərəli istifadə üçün preventiv tədbirlər, bu sahədə aparılan elmi tədqiqat işləri və digər istiqamətlərdə müxtəlif təqdimatlar edilir.

Kənd Təsərrüfatı Nazirliyinin pavilyonunda gündəlik təqdimatlar noyabrın 22-dək davam edəcək.






Seçilən
57
qafqazinfo.az

1Mənbələr