AZ

COP29-un Yaşıl Zonasında “Yaşıl gələcək naminə insan kapitalının inkişaf etdirilməsi” adlı panel sessiyası keçirilib

Bakı. Trend:

Bakıda keçirilməkdə olan COP29 beynəlxalq iqlimkonfransı çərçivəsində COP29 Mavi Zona ilə yanaşı COP29 Sədrliyitərəfindən təşkil və idarə olunan müxtəlif iştirakçıların özbaxışlarını bölüşə bildiyi dinamik platforma Yaşıl Zonada dasilsilə tədbirlər davam edir.

COP29 Azərbaycan Əməliyyat Şirkətindən Trend-ə verilən məlumata görə, noyabrın18-də Yaşıl Zonada COP29 Azərbaycan Əməliyyat Şirkəti və COP29-unSinerji tərəfdaşı “NEQSOL Holding” tərəfindən birgə panel sessiyasıkeçirilib.

“Yaşıl gələcək naminə insan kapitalının inkişaf etdirilməsi”mövzusunda keçirilən panel müzakirəsində dayanıqlı, aşağı karbonlugələcəyin qurulmasında insan kapitalının, xüsusilə də uşaqların vəgənclərin rolu müzakirə olunub. KPMG-nin Qlobal DekarbonizasiyaMərkəzinin meneceri Avri Constonun moderatorluğu ilə baş tutanpanel müzakirəsində Finlandiyanın 11-ci prezidenti (2000-2012)Tarja Kaarina Halonen, İnkişaf və Diplomatiya İnstitutunun (İDİ)direktoru, ADA Universitetinin prorektoru, Milli Məclisin deputatıFariz İsmayılzadə, UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə iqlimdəyişmələri ilə bağlı regional məsləhətçisi Maria Osbek və “NEQSOLHolding Azərbaycan”ın rəhbəri İmran Əhmədzadə iştirak ediblər.

Çıxış edən panel iştirakçıları bildiriblər ki, iqlim dəyişikliyiilə indiyə qədər qeydə alınmamış çətinliklər və problemlər meydanaçıxdığı üçün innovativ həllərin irəli sürülməsi və dayanıqlıiqtisadiyyatların dəstəklənməsi naminə gələcək nəslin lazımi bilikvə bacarıqlara, ekoloji düşüncə tərzinə yiyələnməsi vacibdir. Qeydolunub ki, təhsilə və potensialın yaradılmasına diqqət yetirməkləgəncləri dayanıqlı gələcəyə töhfə vermək və yaşıl inkişafa keçidprosesində liderliyə hazırlamaq mümkündür.

Panelistlər yaşıl bacarıqların təşviqi, yaşıl iqtisadiyyatlarınyaradılması və dayanıqlı, inklüziv insan kapitalının artırılmasıüçün hökumətlər, təşkilatlar və özəl sektor arasında əməkdaşlığıtəşviq etmək strategiyalarını müzakirə ediblər.

“NEQSOL Holding” ilə birgə COP29 Azərbaycan Əməliyyat Şirkətinintəşkil etdiyi bu tədbirlə yanaşı, COP29 Yaşıl Zonada gün ərzindədigər yerli, xarici şirkət və qurumların təşkilatçılığı ilə dəmüxtəlif tədbirlər baş tutub. Bu tədbirlərdə ali təhsilmüəssisələrində dayanıqlılığın təşviqi strategiyaları, iqlimdəyişmələrinin insan kapitalına təsiri, ekoloji cəhətdən dayanıqlıiş yerlərinin yaradılması, iqlim problemlərinin həlli üzrə maliyyəinstitutları və real sektor şirkətləri arasında təcrübə mübadiləsi,iqlim dəyişmələrinin psixi və fiziki sağlamlığa təsirləri kimimövzular ətrafında fikir mübadilələri aparılıb.

Məqalədə:
Seçilən
23
7
az.trend.az

8Mənbələr