AZ

Milli komandada böyük itkilər

İngiltərə yığması növbəti matçlara böyük itkilərlə çıxacaq.

Milli komandanın 8 oyunçusu Millətlər Liqasının Yunanıstan və İrlandiya ilə oyunlarını buraxacaq. Onlar Filip Foden, Deklan Rays, Koul Palmer, Aaron Ramsdeyl, Trent Aleksander-Arnold, Livay Koluill, Cek Qriliş və Bukayo Sakadı. Onların əvəzinə yığmaya Tino Livramento, Morqan Rocers, Ceyms Trafford, Carred Brantueyt və Carrod Bouen çağırılıb.

Qeyd edək ki, İngiltərə Yunanıstanla noyabrın 14-də, İrlandiya ilə noyabrın 17-də qarşılaşacaq.

Seçilən
14
football-plus.az

1Mənbələr