AZ

Azərbaycanı məğlub etməliyik ki, ən yaxşılar arasında olaq

Azərbaycanı

Bir neçə futbolçumuz var ki, zədəlidir. Həkimlərlə danışdıqdan sonra start heyəti ilə bağlı yekun qərarı verəcəm.

Xalqcebhesi.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri İsveç millisinin baş məşqçisi Yon Dal Tomasson UEFA Millətlər Liqasının 6-cı turunda sabah Azərbaycan millisi ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

Danimarkalı mütəxəssis sabahlı matçda qələbənin onlar üçün vacib olduğunu bildirib:

"Şənbə günü Slovakiya ilə matçda futbolçularım hər şeyi etdilər. Meydanda hər şeyi edəndə problemlər yarana bilər. Amma əminəm ki, onlar sağalmağa vaxt tapmaları üçün çalışırlar. Bir oyunumuz qalıb və Azərbaycanla görüşdə qalib gəlmək istəyirik. Bu oyun üçün də komandamızın motivasiyası var. Çünki C divizionunda dünya çempionatının seçmə mərhələsinin pley-off mərhələsinə vəsiqə qazanmaq üçün ən yaxşılar sırasında olmaq lazımdır".

Qeyd edək ki, sabah Solnadakı "Strouberri Arena”da keçiriləcək İsveç - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Seçilən
19
3
xalqcebhesi.az

4Mənbələr