ABŞ-nin Nevada ştatının Henderson şəhərində evinə oğru girən şəxs polis tərəfindən öldürülüb.
Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə ötən Çərşənbə axşamı baş verib.
Belə ki, evinə oğru girən 43 yaşlı Brandom Durham Las Veqas Polis Departamentinə zəng edərək evindən çöldə 2 nəfərin atəş açdığını və içəri girmək istədiklərini deyib.
15 yaşlı qızı ilə birgə evdə olduğunu deyən Durham polisə hamam otağında gizlənəcəyini bildirib.
Polislərin üzərinə quraşdırılan kamera görüntülərində Durhamla qırmızı geyimli oğrunun (Alehandra Budreaux) əlbəyaxa davası öz əksini tapıb.
Hendersona gələn polislər evin qapısını təpikləyərək açıb. 26 yaşlı polis məmuru Aleksandr Bukman “bıçağı tulla” dedikdən 2 saniyə sonra atış açaraq Durhamı başından vurub. Ev yiyəsi yerə yıxıldıqda sonra da polis 5 dəfə atəş açıb.
Durhamın ailəsi bildirib ki, əlində bıçaq olan şəxs Durham olmayıb, əksinə o oğrunu zərərsizləşdirməyə çalışıb.
Mərhumun qızı İzabella atasının qurban olduğunu söyləyib.
Polisin baş vermiş situasiyanı yanlış qiymətləndirdiyi bildirilir.
Las Veqas Polis Departamentində faktla bağlı cinayət işi açılıb.
Durhamın dostları İzabella və ailəsi üçün yardım kampaniyasına start verib.
Billurə