AZ

Bu ərzaqlarda gizli şəkər var - Həkimdən xəbərdarlıq

Bəzi qidalar şirin dadlı olmasa da, tərkibində gizli şəkər saxlayır. Bu cür məhsulların həddindən artıq istehlakı insulin dirəncinə və gizli şəkər artımına səbəb ola bilər.

News24.az Metbuat.az-a istinadla xəbər verir ki, endokrinoloq Nataliya Tananakina gizli şəkər mənbəyi olan qidaları açıqlayıb.

Emal olunmuş qidalar gizli şəkər mənbəyi hesab edilir. Bunlara ketçup, souslar, meyvəli yoqurtlar, süd məhsulları, kəsmiklər, qablaşdırılmış içkilər, mayonez, meyvə şirələri və qarğıdalı nişastası tərkibli məhsullar daxildir.

Bu növ qidalara tez-tez qarğıdalı şərbəti, fruktoza, maltoza və digər dadlandırıcılar əlavə edilir. Bu maddələr adətən etiketlərdə müxtəlif kodlarla qeyd olunur.

Belə məhsullardan uzaq durmaq, şəkər əvəzinə təbii dadlandırıcılar, məsələn, steviya istifadə etmək tövsiyə edilir. Daha sağlam qidalanma üçün zülal, lifli ərzaqlar və tərəvəzlərin üstünlük təşkil etdiyi balanslı rasion seçilməlidir. Əks halda, gizli şəkər istifadəsi piylənmə və insulin dirəncinə səbəb ola bilər.


Seçilən
28
2
news24.az

3Mənbələr