AZ

Mahir Emreli: "Cüzi də olsa, C Liqasında qalmaq şansımız var"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Cüzi də olsa, C Liqasında qalmaq şansımız var".
"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli İsveç yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının oyunundan öncə baş tutan mətbuat konfransında deyib.
O, sabah güclü rəqibə qarşı mübarizə aparacaqlarını bildirib:
"Cüzi də olsa şansımız var, rəqib bizə çox yaxşı məlumdur. Yaxşı çıxış edib, uğurlu nəticə qazanmaq istəyirik. Hər bir hücumçunun istəyi qol vurmaqdır. Lakin qolu kimin vurmasından asılı olmayaraq, əsas yığmanın uğurlu nəticə qazanmasıdır".
Qeyd edək ki, noyabrın 19-da Solna şəhərindəki "Friends Arena"da keçiriləcək İsveç-Azərbaycan matçının start fiti Bakı vaxtı ilə saat 23:45-də səsləndiriləcək.
Seçilən
33
19
oxu.az

10Mənbələr