AZ

Naxçıvanda pərakəndə ticarət dövriyyəsi artıb

Cari ilin yanvar-oktyabr aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 1 milyard 7 milyon 150 min 900 manat təşkil edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur. Ticarət şəbəkəsində 516 milyon 668 min 400 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 490 milyon 482 min 500 manatlıq qeyri-qida məhsulları satılıb.

Seçilən
25
yeniazerbaycan.com

1Mənbələr